KTMT Ermənistanın təhlükəsizlik çağırışlarına lazımi cavab verməyib.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O, qeyd edib ki, KTMT Ermənistanda öz məsuliyyət sahəsini müəyyən etməkdən imtina edir: "KTMT de-yure öhdəliklərinə baxmayaraq, Ermənistanın təhlükəsizlik çağırışlarına lazımi cavab vermədi və bu, bir neçə dəfə təkrarlanıb. Sadəcə olaraq qeyd edirik ki, ictimaiyyətimiz üçün aydın deyil ki, niyə gedib eyni şeyi hər dəfə təkrar edirik və heç bir cavab almadıqdan sonra geri qayıdırıq. Ən böyük problem odur ki, de-yure KTMT Ermənistanda öz məsuliyyət zonasını qeydiyyatdan keçirməkdən mahiyyət etibarı ilə imtina edir, bu isə o demək ola bilər ki, biz bu şərtlərdə səssizcə iştirak etməklə Ermənistanın ərazi bütövlüyünü hər hansı formada sual altına qoyan məntiqə qoşula bilərik. Biz belə bir şeyə tab gətirə bilmərik, biz özümüzə və KTMT-yə bundan sonra nə edəcəyimizi düşünmək üçün vaxt vermək üçün belə qərarlar qəbul edirik".
Ağarza Elçinoğlu