Smartfon və məişət texnikası istehsalı ilə məşğul olan Çinin "Xiaomi" texnologiya şirkəti "Xiaomi SU7" adlandırılan ilk avtomobilini təqdim edib.
"Unikal" xəbər verir ki, bunu yeni elektrik sedan sifətin tanınması kilidini açmaq funksiyası ilə təchiz olunub. Avtomobil iki güc aqreqatı variantı ilə təqdim olunacaq: 300 at gücü olan mühərriklə arxa ötürücülü və maksimum 673 at gücü ilə tam ötürücülü.
Avtomobilin çəkisi 1980 kq, maksimal sürəti isə 210 km/saatdır.
Seriya istehsalı 2023-cü ilin dekabrında, tədarüklər isə 2024-cü ilin fevralında başlayacaq.
Ağarza Elçinoğlu