HAMAS Qəzzada üç günlük atəşkəs müqabilində 50-yə yaxın girovu azad etməyə razılaşıb.
"Unikal" xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb.
Bildirilib ki, Qəzza zolağında üç günlük atəşkəsin elan olunması müqabilində 50 nəfərə yaxın girovun azad edilməsi ilə bağlı Qətərin vasitəçiliyi bu gün danışıqlar aparılıb.
Qeyd olunub ki, ABŞ tərəfi ilə də razılaşdırılan və müzakirəyə çıxarılan məsələlər arasında İsrailin müəyyən sayda fələstinli qadın və uşaqları həbsxanalardan azad etməsi, həmçinin, Qəzza bölgəsinə buraxılan humanitar yardımın həcmini artırmasını da yer alır.
İsrail razılıq verdiyi təqdirdə, neçə nəfər fələstinlini azad edəcəyi barədə dəqiq məlumat yoxdur.
Eyni zamanda, əlavə olunub ki, tərəflər razılığa gələrsə, bu, 7 oktyabrdan indiyə qədər HAMAS – İsrail hərbi qarşıdurmasının gərginləşdiyi dövr ərzində HAMAS tərəfindən saxlanılan ən çox sayda girovun azadlığa buraxılması olacaq. Mənbə bildirib ki, HAMAS aparılan danışıqların ümumi müddəaları ilə razılaşıb, lakin İsrail bunu etməyib və hələ detalları müzakirə edir.