Ermənistan təhlükəsizlik üçün yeni tərəfdaşlar axtarır və yeni silah tədarükçüləri tapmağa çalışır.
"Unikal" xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan parlamentdə deyib.
"Biz təhlükəsizliklə əlaqələrimizi şaxələndiririk, çünki təhlükəsizlik üzrə tərəfdaşlarımız, o cümlədən obyektiv səbəblərdən bizə silah və sursat sata bilmirlər. Biz bu barədə açıq və birbaşa danışırıq. İndi onlara deyirik: bizdən inciməyin, biz çalışırıq ki, bizdən inciməyəsiniz".
Bundan əvvəl Fransa mətbuatı Parisin Ermənistana pilotsuz uçuş aparatları kimi aşağı sürətli və alçaqdan uçan hədəfləri, eləcə də yüksək hündürlükdə uçan yüksək sürətli döyüş təyyarələrini aşkar etməyə qadir olan üç hava hücumundan müdafiə radarı göndərmək niyyətində olduğunu yazıb. Hindistan da Ermənistana silah verəcək. “The Economic Times” qəzetinin məlumatına görə , müqavilələrin dəyəri 244,7 milyon dollar təşkil edir.Onlara uyğun olaraq Hindistan artıq Ermənistana öz konstruksiyası olan, ilk dəfə xaricə satılan “Pinaka” reaktiv yaylım atəşi sistemlərini satıb. Silahlar İran ərazisindən keçən nəqliyyat dəhlizi vasitəsilə çatdırılıb.