Qəzza parlamenti daha əvvəl binada toplaşsa da, son illərdə fəaliyyət göstərməyib. İsrail hərbçiləri Qəzzada əvvəllər işğal etdikləri və qrup şəkili çəkdirdikləri parlament binasını partladıblar.
"Unikal"
xəbər verir ki, bu barədə Haaretz qəzeti məlumat yayıb.
Bundan əvvəl “Times of Israel” qəzeti İsrail hərbçilərinin Qəzza şəhərində parlamenti ələ keçirərək, kürsüdə qrup şəkili çəkdirdiyini yazıb.
Qəzet Qəzza parlamentinin əvvəllər bu binada toplaşdığını, lakin son illərdə onun fəaliyyət göstərmədiyini göstərir.
İsrail oktyabrın 7-də səhər Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan əlavə, HƏMAS döyüşçüləri kütləvi raket hücumlarından sonra İsrailin cənubundakı sərhəd bölgələrinə nüfuz ediblər.
Fələstinin HƏMAS hərəkatının hərbi qanadı İsrailə qarşı Əl-Əqsa Tufanı əməliyyatı elan edib. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başladığını elan edib.
Münaqişənin kəskinləşməsi fonunda bir sıra dövlətlər öz vətəndaşlarını İsraildən çıxarmağa başlayıblar.