İrəvanda son ay yarım ərzində Ermənistandakı yeganə sinaqoqa qarşı növbəti vandalizm aktı törədilib.
"Unikal" xəbər verir ki, sinaqoqun yandırılması ilə bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Xatırladaq ki, sonuncu dəfə - 2023-cü il oktyabrın 3-nə keçən gecə həmin sinaqoqa hücum olub. Naməlum şəxslər binaya “Molotov kokteyli” atıb, pəncərələri sındırıb və binanın divarlarına boya töküblər.
Ermənistanın rəsmi orqanları hadisə ilə bağlı hələ də susur.