Özbəkistanda göyərtəsində hərbçilərin olduğu Mİ-8 helikopteri qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, bu barədə Özbəkistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Hava Hücumundan Müdafiə Qoşunları və HHQ komandanlığının helikopteri Kattakurqan poliqonunda təlim uçuşu zamanı qəzaya uğrayıb.

Bütün ekipaj üzvləri ölüb. Təyyarənin qəzaya uğramasının səbəbi hələ müəyyən edilməyib, mütəxəssislər araşdırma aparır.