Filippin Avstraliya ilə birlikdə bu gün ilk birgə dəniz patrulunu işə salıb. Bu, Çinlə münasibətlərdə gərginliyin artması fonunda baş verib.
"Unikal" xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
"Filippin və Avstraliya mübahisəli sular üzərində Pekinlə gərginliyin artması fonunda Cənub-Şərqi Asiya ölkəsinin ABŞ-la Cənubi Çin dənizində oxşar əməliyyatı tamamlamasından bir neçə gün sonra, şənbə günü ilk birgə dəniz patruluna başlayıb", - KİV qeyd edib.