Türkiyədə bir müddətdir axtarışda olan cinayət təşkilatının rəhbəri E.B İzmirdə saxlanılıb.
"Unikal" xəbər verir ki, Karabağlar İlçe Təhlükəsizlik Müdirliyi ilə Trafik və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyi qrupları tərəfindən aparılan iş çərçivəsində avtomobili dayandırılan E.B sənədsiz tapança ilə tutulub.
Nəzarətə alınan şübhəli istintaq üçün polis bölməsinə aparılıb.