Yunanıstanın Lesbos adası yaxınlığında 14 ekipaj üzvü olan yük gəmisi batıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, 14 nəfərlik heyəti olan yük gəmisi Lesvosdan 4,5 dəniz mili cənub-qərbdə batıb. Ərazidən keçən yük gəmiləri hadisə yerindədir. Axtarış-xilasetmə əməliyyatı aparmaq üçün Yunanıstanın 3 liman xidməti kateri, Hərbi Hava Qüvvələrinə məxsus bir helikopter və Hərbi Dəniz Qüvvələrinin bir freqatı da oraya gedib.

“Raptor” yük gəmisi duz yükü ilə Misirdən çıxıb və İstanbula gedirmiş. Ekipajda iki Suriya vətəndaşı, dörd Hindistan vətəndaşı və səkkiz Misir vətəndaşı var.

Gəmi Komor adalarının bayrağı altında üzürmüş. Yunanıstan Hərbi Dəniz Qüvvələrinin helikopteri bir dənizçini sağ götürüb. Qalan ekipaj üzvlərinin axtarışları davam edir.