"Real" İspaniya La Liqasında 14-cü tur oyununa çıxıb.

"Unikal" xəbər verir ki, Madrid təmsilçisi səfərdə "Kadis"lə qarşılaşıb. Oyun "kral klubu"nun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Rodriqo 14 və 64-cü dəqiqələrdə fərqlənməklə dubl edib. Cud Bellinqem isə 74-cü dəqiqədə qola ima atıb.

Qeyd edək ki, "Real" bu qələbə sayəsində xallarının sayını 35-ə (14 oyuna) çatdırıb və "Jirona"nı qabaqlayaraq (13 oyun, 34 xal) liderliyə yüksəlib. "3-lüy"ü "Atletiko" tamamlayır - 13 oyun, 31 xal.