Türkiyənin “Bursaspor” futbol klubu fəaliyyətini dayandıra bilər.
"Unikal" xəbər verir ki, bu barədə II Liqa təmsilçisinin prezidenti Recep Günay məlumat verib.
O bildirib ki, klub dağılmaq təhlükəsi ilə üz-üzə qalıb: “Bursaspor”un 1,5 milyard TL borcu var. Kluba transfer qadağası qoyulub. Yeni oyunçular ala bilmirik. UEFA və İdman Arbitraj Məhkəməsinə müraciət etmişik. Çıxarılacaq qərar əleyhimizə olarsa, xallarımız silinəcək. Klubun fəaliyyətini davam etdirmək şansı sıfıra bərabərdir”.
Qeyd edək ki, “Bursaspor” klubu 1963-cü ildə yaradılıb. Komanda 1986-cı ildə Türkiyə Kubokunun, 2009/2010-cu illər mövsümündə isə Superliqanın qalibi olub.