"Ukraynaya qarşı apardığı müharibə nəticəsində Rusiya ildən-ilə gələcəyini Pekinə vəd edərək Çindən çox asılı vəziyyətə düşüb".
"Unikal" xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Ukrayna-NATO Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
"Rusiya da Çindən daha çox asılı vəziyyətə düşür. İldən-ilə Moskva öz gələcəyini Pekinə vəd edir", - o, vurğulayıb.