Madrid silah, narkotik və insan alveri ilə mübarizə üçün Avropanın 26 ölkəsindən agentlərin cəlb olunduğu polis əməliyyatına rəhbərlik edib və nəticədə 566 nəfər həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
İdarədən verilən məlumata görə, miqrant qaçaqmalçılığına görə 218, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 186, qanunsuz odlu silah dövriyyəsinə görə 69, digər cinayətlərə görə 89 nəfər saxlanılıb.
Əməliyyat zamanı ümumilikdə 215 min nəfər yoxlanılıb, 310 odlu silah və 626 kiloqram kokain daxil olmaqla bir tona yaxın narkotik vasitə götürülüb.
Noyabrın 13-dən 18-dək Europolun dəstəyi, Avropa və beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində keçirilən polis əməliyyatında 26 ölkədən 22 mindən çox polis əməkdaşı iştirak edib.