Amerika prezidenti Co Bayden respublikaçıları Kiyev rejiminə yardım göstərməyə inandırmaq üçün Britaniyanın keçmiş baş naziri Liz Trussdan istifadə etmək niyyətindədir.
"Unikal" xəbər verir ki, bu barədə "Politico"nun köşə yazarları Eleni Kurea və Ester Uebber məlumat yayıb.
Məqalədə "Co Baydenin Ukrayna üçün gizli silahı Liz Trussdır" deyə aydınlıq gətirilir.
Müşahidəçilər onu da qeyd ediblər ki, Truss bu həftə Vaşinqtona yalnız istiqaməti dəyişməyə kömək etmək və Amerika siyasi dairələrini “təcridçilikdən fəal beynəlxalq rola” keçməyə məcbur etmək üçün gedib.
Yazarlara görə, Atlantik okeanının hər iki tərəfindəki məmurlar Trussa "dalanı aşmaq" üçün böyük ümidlər bəsləyirlər.