İsrail təhlükəsizlik rəsmiləri HƏMAS-ın hücum planından hücumdan bir ildən çox əvvəl xəbərdar olublar.
"Unikal" xəbər verir ki, bBu barədə “The New York Times” sənədlərə və yazışmalara istinadən məlumat yayıb.
“İsrail ordusu və kəşfiyyat rəsmiləri planı həyata keçirməyin çox çətin olduğunu nəzərə alaraq, bu planı ciddiyə almadılar”, - nəşr yazıb.
Kod adı “Yerixo divarı” olan sənəddə oktyabrın 7-də baş verən və 1200-ə yaxın insanın ölümü ilə nəticələnən işğalı nöqtə-bənd təsvir edilib.
Bundan başqa, sənəddə İsrail qoşunlarının yeri və gücü haqqında ətraflı məlumat qeyd olunub. Bu da öz növbəsində HƏMAS-ın kəşfiyyat məlumatlarını necə topladığı və İsrailin təhlükəsizlik strukturlarında sızmaların olub-olmaması ilə bağlı suallar doğurur.