Parisdə Eyfel qülləsi yaxınlığında naməlum şəxs bıçaqla turistlərə hücum edib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, nəticədə bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Hadisəni törədən şəxs hücumu həyata keçirməzdən əvvəl “Allahu Əkbər!” deyə qışqırıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerində saxlanılıb. Polis ona atəş açmalı olub. Onun Fransa vətəndaşı və ruhi xəstə olduğu məlum olub və radikal islamçılığa bağlılığı ilə tanındığı bildirilir.