Hər il dekabrın 3-də Azərbaycanda və dünyanın digər ölkələrində xüsusi qayğıya ehtiyacı olan insanlara həsr olunmuş Beynəlxalq Əlillər Günü qeyd olunur. 

"Unikal" xəbər verir ki, beynəlxalq rəsmi gün olan 3 dekabr 1992-ci ildə BMT Baş Assambleyası tərəfindən elan edilib. 
Məqsəd ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarını müdafiə etməkdir.

2006-cı ildə BMT Baş Assambleyası Əlillərin Hüquqları Konvensiyasını qəbul edib və bu sənəd 2008-ci ildə qüvvəyə minib. Burada qeyd olunan prinsiplər sırasında əlilliyi olan insanlara qarşı ayrı-seçkiliyə yol verilməməsi, onların ləyaqətinə və şəxsi müstəqilliyinə hörmət, cəmiyyətin həyatına tam inklüzivlik daxildir. Dünya üçün bu problem göründüyündən qat-qat böyükdür. Planetdə bir milyarddan çox insan, yəni dünya əhalisinin təqribən 15%-i əlilliyin bir növünə malikdir. Üstəlik, 100 milyona yaxın əlilliyi olan insanlar uşaqlardır. Bu və ya digər şəkildə onların hamısı maneələrlə üzləşir- fiziki, sosial-iqtisadi, davranış. Beynəlxalq Əlillər Günündə BMT həm bütün ölkələrin hakimiyyət orqanlarını, həm də onların əhalisini bununla mübarizə aparmağa çağırır. Dekabrın 3-də bu məqsədlə müxtəlif tədbirlər - sərgilər, konfranslar, kütləvi tədbirlər keçirilir.