Bazar günü səhər saatlarında Filippinin cənubundakı Mindanao adasında dövlət universitetinin idman zalında baş verən partlayış nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə “Manila Times” məlumat yayıb.
Daha 10 yaralının da olduğu bildirilir. Bundan əvvəl “Manila Bulletin” üç nəfərin öldüyü və yeddi nəfərin yaralandığı barədə məlumat vermişdi.
Filippin prezidenti kiçik Ferdinand Markos partlayışı qətiyyətlə pisləyib və bunun arxasında xarici terrorçuların olduğunu bildirib.
Qəzet yazır ki, hakimiyyət orqanlarına görə, cinayətkarlar bu həftə sonu hərbçilərlə toqquşmada öz liderlərinin və on üzvünün ölümünə görə qisas almağa çalışıblar.