Qaxda iki uşaq qızılcaya xəstəliyinə yoluxub.

"Unikal" xəbər verir ki, rayonun  Qapıçay kənd sakini, 13 yaşlı Babayeva Sahibə Sirac qızı  və Qarabaldır kənd sakini 5 yaşlı Məmmədli Abdurəhman Taleh oğlu qızılca xəstəliyi  diaqnozu ilə  Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olublar. Müayinə zamanı hər iki şəxsin qızılca xəstəliyinə yoluxduğu məlum olub və hazırda onların müalicəsi Yoluxucu xəstəliklər şöbəsində  aparılır.

Seymur Əli