Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ali Strateji Komitənin 9-cu iclasında iştirak etmək üçün Qətərə gedib.
"UnikaI" xəbər verir ki, Türkiyə lideri Qətər əmiri Şeyx Təmim bin Hamed Al Taninin dəvəti ilə dekabrın 4-5-də iki ölkə arasında keçiriləcək görüşə qatılacaq.
Ərdoğanla yanaşı onun xanımı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşek, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, ticarət naziri Ömər Bolat və PA Kommunikasiyalar Direktoru Fahrettin Altun da Dohaya gediblər.
Ağarza Elçinoğlu