Meksika sahillərində qadın köpək balığının qurbanı olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Melake körfəzinin sahilində baş verib. Belə ki, dəniz yırtıcısı mərhumun ayağını qoparıb. Əraziyə gələn xilasedicilər yaralıya ilkin tibbi yardım göstərib. Bütün müdaxilələrə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.