"Müəyyən qüvvələr Qarabağ problemindən yalnız bir məqsəd üçün, yəni Ermənistanda dövlətçiliyin qarşısını almaq üçün istifadə ediblər. 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. 

Baş nazirin sözlərinə görə, 1996-cı ildə Lissabon sammitindən sonra Qarabağdan söhbət getmirdi: "Bu, bizim, o cümlədən hökumətimizin dərin problemlərindən biridir. Qeyd olunan sammitin yekunu olaraq bəyanat qəbul edilib ki, ona görə də Qarabağ məsələsi öz müqəddəratını təyinetmə hüququ çərçivəsində həll olunmalı, yəni Qarabağ Azərbaycanın tərkibində muxtar status almalıdır. Biz bu reallığı qəbul etmədik". 

Ağarza Elçinoğlu