Türkiyənin Mersin şəhərində dəhşətli qətl hadisəsi baş verib. 

"Unikal" xəbər verir ki, sevgilisinin evinə gedən 27 yaşlı kişi mübahisə zəminində qızı ailəsinin gözü qarşısında başından güllələyərək öldürüb.

Daha sonra həmin şəxs taksiyə minərək hadisə yerindən qaçıb. Polis axtarışlarını davam etdirir. 

Faktla bağlı araşdırma aparılır.