İsrailin Qəzza zolağına hücumlarına reaksiya verən etirazçılar ABŞ-nin paytaxtı Vaşinqtonda Hart Senatının Ofisi binasında oturaq etiraz aksiyası keçirərək atəşkəs çağırışı edib. Polis 40 nümayişçini saxlayıb.
"Unikal" xəbər verir ki, nümayişçilər binanın həyətində “İsrailə yardım fələstinlilərin bombalanmasıdır” yazılmış pankart açaraq, üzərində “İsraili silahlandırmaqdan əl çəkin” sözləri yazılmış ABŞ-nin İsrailə yardımını simvolizə etdirən qanlı pul torbaları qoyublar. Nümayişçilər tez-tez “Atəşkəs indi” şüarını səsləndiriblər.
Ən azı 40 nümayişçinin saxlanıldığı aksiya zamanı polis nümayişçilərin əllərini qandallayıb, onları binadan çıxarıb.