Yaponiyanın hakim partiyasının xeyrinə ictimai ianələrin mümkün talan edilməsi ilə bağlı siyasi qalmaqal baş nazir Fumio Kişida administrasiyasının sonu ola bilər. 

"Unikal" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

"Kabinetin baş katibi Hirokazu Matsuno keçmiş baş nazir Şinzo Abenin rəhbərlik etdiyi fraksiyaya maliyyə toplanması tədbirlərindən aldığı milyonlarla yen haqqında məlumat verməməkdə ittiham olunur", - məlumatda qeyd olunur. 

Qalmaqala görə müxalifət partiyaları ilin sonuna kimi hakimiyyəti etimad göstərməyəcəkləri ilə hədələyir. 

Dekabrın 8-də Yaponiyanın baş naziri Fumio Kişidanın qalmaqala görə fraksiyasını tərk etdiyi bildirilib.

Ağarza Elçinoğlu