Ermənistan Respublikasının 3-cü prezidenti Serj Sarkisyana qarşı qoyulmuş “buraxmamaq üçün imza” qətimkan tədbiri ləğv edilib.

"Unikal" xəbər verir ki, müdafiə tərəfinin vəsatətini təmin edən məhkəmə qərarı dərc edib.

Xatırladaq ki, məhkəmədə baxılan iş təxminən 10 il əvvəl yanacaq tədarükü prosesində baş verən sui-istifadə hallarından bəhs edir. İş üzrə ilkin olaraq 5 nəfər təqsirləndirilib.