Çinin Qansu və Çinxay əyalətlərində baş verən 6,2 bal gücündə zəlzələ qurbanlarının sayı 126 nəfərə çatıb. 

"Unikal" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. 

Zəlzələdən zərər çəkmiş bəzi yaşayış məntəqələrində su və enerji təchizatı dayandırılıb, nəqliyyat əlaqələri kəsilib. 

Çin prezidenti Si Cinpin insanların axtarışı və xilas edilməsi, eləcə də zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün səylərin göstərilməsi barədə əmr verib.

*** 19.12.2023 / 09:37

Çində zəlzələ nəticəsində ölənlərin sayı 116 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, dağıntılar zamanı azı 230 nəfər yaralanıb.

Dağıntıların baş verdiyi Qansu və Çinxay bölgələrinə 580 nəfərlik xilasetmə qrupu göndərilib. 

*** 23:57

Çinin şimal-qərbindəki Qansu əyalətində baş verən güclü zəlzələ nəticəsində azı 8 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Pekin vaxtı ilə gecə yarısı baş verən zəlzələnin maqnitudası 6,2 bal olub. Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.

*** 20:17

Çində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 3 milyon insanın yaşadığı Lançjou şəhərindən (Qansu əyaləti) 101 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.