ABŞ-ın Kaliforniya ştatında gömrükçülər jalapeno bibər pastasının içərisində külli miqdarda narkotik aşkarlayıblar. 

"Unikal" xəbər verir ki, bu barədə NBC məlumat yayıb. Bildirilir ki, ştatın San-Dieqo şəhərində bibər pastasının içərisində 10 milyon dollarlıq narkotik tapılıb. Gömrükçülər makaron qutularında 349 bağlama metamfetamin və kokain aşkar ediblər.

Yük 28 yaşlı kişinin idarə etdiyi qoşqulu traktorda müsadirə edilib və polis tərəfindən araşdırma aparılır.