Urmu gölünün quruması nəticəsində meydana gələn ekoloji fəlakətlə bağlı İran parlamentinin 50 üzvü prezident İbrahim Rəisiyə məktub yazıb
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Urmu şəhərinin parlamentdəki nümayəndəsi Salman Zakir açıqlama verib.
O bildirib ki, məktubda Urmu gölünün bərpası üçün Xəzər dənizi və Türkiyənin Van gölündən su nəqli layihəsinin təsdiq edilməsi istənilib.
Son məlumata görə, Urmiya gölünün 96%-i quruyub.