Çətin oyun idi. Bütün matçlar ağır keçir. Güclü rəqibə qarşı oynayırdıq. Oyunçularım sona qədər mübarizə apardılar. Amma bu cür uduzmaq utancvericidir.
"Unikal" xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Adrian Mutu Azərbaycan Premyer Liqasının XVII turunda səfərdə "Qarabağ"a 0:2 hesablı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
A.Mutu komandanın heyətində olan hücumçulardan daha çox qol gözlədiyini söyləyib: "Bu gün "Neftçi"nin heyətində olan bütün hücumçuları meydana buraxmışdım. Əlbəttə ki, qol vuran futbolçulardan çox şey gözləyirəm. Bu uğursuzluqdan çıxmaq istəyirik".
Baş məşqçi, həmçinin yol qəzasında yararlanan Peşəkar Futbol Liqasının bütün əməkdaşlarına Allahdan şəfa diləyib.