Somali Prezidenti Həsən Şeyx Mahmud, oğlu Məhəmməd Həsən Şeyx Mahmudun İstanbulda kuryer Yunus Emre Göçerin ölümünə səbəb olması ilə əlaqədar mərhumun ailəsinə zəng vurub.
"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisədən sonra Somalinin müdafiə naziri Əbdülqədir Məhəmməd Nur Türkiyəyə gəlib.
Göçer ailəsinin vəkili İyaz Çimenin ofisində baş tutan telefon zəngi zamanı Somali Prezidenti Yunusun ailəsinə başsağlığı verib. O bildirib ki, Türkiyənin ədalət sisteminə güvənir.