Sumqayıtda fərdi yaşayış evində yanğın baş verib.

"Unikal" xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində 1984-cü il təvəllüdlü Qasımova Gülnar Eytiyad qızına məxsus ümumi sahəsi 150 kv.metr olan fərdi yaşayış evində qeydə alınıb.

Yanğın yerinə FHN-nin DYMX-nin canl qüvvəsi və texnikası cəlb olunub.

Yanğının səbəbləri araşdırılır.