Rusiya Vaşinqton və Helsinki arasında müdafiə sazişinin bağlanması ilə əlaqədar Finlandiyanın səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Dekabrın 19-da Finlandiyanın Moskvadəki səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona bildiriblər ki, Rusiya tərəfi sərhədimizdə NATO hərbi potensialın artırılmasını cavabsız qoymayaq", - diplomat vurğulayıb.
Zaxarovanın sözlərinə görə, Moskva Rusiya Federasiyasının təhlükəsizliyini təhdid edən Finlandiya və onun NATO müttəfiqlərinin təcavüzkar qərarlarına mütləq cavab verəcək.
Ağarza Elçinoğlu