Rusiya prezidenti Vladimir Putin məktəblilərin dərsdə mobil telefondan istifadəsini qadağan edən qanunu imzalayıb. 

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Yeni qanun təhsil haqqında qanununa dəyişiklik edir və şagirdlərin dərs zamanı mobil telefondan istifadə edə bilməməsini nəzərdə tutur: "Bu qaydaya istisnalar məktəblilərin və müəllimlərin həyatı və ya sağlamlığı üçün təhlükə ilə əlaqəli vəziyyətlər və digər fövqəladə hallarda olacaq".

Şagirdlərə sinifdə nizam-intizamı və təhsil təşkilatında davranış qaydalarına riayət etmək məsuliyyəti də verilir. Daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarətin müəllimlər və məktəb rəhbərliyi tərəfindən aparılacağı müəyyən olunub. 

Sənəd rəsmi dərc edildiyi gündən qüvvəyə minir. 

Ağarza Elçinoğlu