Husilər hər 12 saatdan bir Qırmızı dənizdə gəmilərə hücum edəcəklərini vəd ediblər.
"Unikal"
xəbər verir ki, bunu "Əl-Cəzirə" telekanalına radikal Ənsar Allah hərəkatının rəsmi nümayəndəsi Məhəmməd Əbdül Salam deyib.

“Dəniz əməliyyatlarına gəlincə, onlar tam sürətlə gedir. Biz onları ən azı 12 saatda bir dəfə həyata keçirməyi gözləyirik”.

Pentaqon rəhbəri Lloyd Austin bu gün Yəmənin Husilərin İsraillə əlaqəli gəmilərə hücumlarına cavab olaraq Qırmızı dənizdə "Rifah gözətçisi" əməliyyatına başladığını açıqlayıb.