ABŞ-Danimarka hərbi müqaviləsi Baltikyanı regionda gərginliyə səbəb olacaq.

"Unikal" xəbər verir ki, bunu Rusiyanın Kopenhagendəki səfiri deyib.

Onun szölərinə görə, Danimarka və ABŞ arasında ikitərəfli müdafiə sahəsində əməkdaşlıq sazişi Kopenhagenin təhlükəsizlik siyasətinin Vaşinqtonda müəyyənləşdirilməsi deməkdir.

“Razılaşma o deməkdir ki, Danimarkanın təhlükəsizlik və müdafiə siyasəti bundan sonra Kopenhagendə deyil, Vaşinqtonda müəyyən ediləcək”, - deyə rusiyalı diplomat bildirib.  Razılaşma sabitliyin möhkəmlənməsinə deyil, Baltikyanı regionda gərginliyin artmasına gətirib çıxarır. Amerika qoşunlarının Danimarka torpaqlarında olması Rusiyada hərbi planlaşdırma zamanı nəzərə alınacaq”.