"2020-ci ilin noyabr və dekabr aylarında Rusiya Federasiyasının prezidenti Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edib". 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "İctimai" televiziyaya müsahibəsində deyib.

Baş nazir Rusiya prezidenti Vladimir Putinin Ermənistanın Qarabağdan imtina etməsi barədə bəyanatına cavabında deyib: "Mənə görə bu bəyanat 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla ziddiyyət təşkil edir. Sonra, 2021-ci ildə Sotk-Xoznavar hadisələri baş verdi, biz bu məsələ ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Rusiya Federasiyasına müraciət etdik, üstəlik, KTMT ilə ayrıca, Rusiya ilə fərqli hüquqi müqavilə bazası ətrafına müzakirə apardıq. Nəticədə bizə heç bir cavab verilmədi. 

Mən o vaxt istefa verdim, parlament buraxıldı və seçkilər iyunun 20-nə təyin olundu. Bundan sonra və ya həmin günlərdə Rusiya xarici işlər naziri Ermənistana səfər etdi, İrəvandan da Bakıya getdi. Və Sotk-Xoznavar hadisəsi baş verdi. Böyük ehtimal var idi ki, Ermənistan hökuməti buna fərqli reaksiya versin, bunun nəticəsində Ermənistanda seçkilər keçirilməyəcəkdi, bu da Ermənistan Respublikasının buraxılması demək olardı.

O zaman bizi çox ittiham edirdilər ki, amma başa düşürdük ki, Ermənistan Respublikasının buraxılması problemi qoyulub. KTMT-dən və Rusiyadan sıfır reaksiya var idi. 

Və daha bir ittiham var ki, Ermənistan ordusu döyüşməyib, KTMT niyə döyüşməlidir? Bundan sonra 2021-ci ilin noyabr hadisələri baş verdi. Həmin vaxt Ermənistan ordusu döyüşürdü. KTMT və Rusiya yenə cavab vermədi. Bundan sonra 2022-ci ilin fevralında Rusiya ilə Azərbaycan arasında bəyannamə imzalandı: Azərbaycanla Rusiya arasında münasibətlər bir-birinin ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının tanınması əsasında strateji səviyyəyə qaldırılır".

Baş nazir həmçinin Azərbaycanla sülh danışıqlarından bəhs edib: "2022-ci il oktyabrın 6-da Alma-Ata bəyannaməsinə əsaslanaraq, Azərbaycanla sülhə getməyə hazır olduğumuzu qeyd etdik. Bu, Ermənistan Respublikasının ərazi bütövlüyünü bir daha təsdiq etməyin yeganə yolu idi.

Ermənistan Respublikası KTMT-nin üzvüdür. Ermənistan Respublikası KTMT-nin məsuliyyət zonasıdırsa, o məsuliyyət zonasını özləri təyin etməli idilər. Bizim müqavilələrimizin əsası ondan ibarət idi ki, Ermənistan Respublikasının suveren ərazisi KTMT və Rusiya Federasiyası üçün qırmızı xəttdir. Qırmızı xətt pozulub deyirik, deyirlər yox, guya qırmızı xətt pozulmayıb. Bu o deməkdir ki, Ermənistanda qırmızı xəttləri yoxdur, bəs KTMT Ermənistana gələndə nə edəcəkdi?"

Ağarza Elçinoğlu