Slovakiyada hökumət əleyhinə kütləvi mitinqlər keçirilib.

"Unikal" xəbər verir ki, bu barədə "Markiza" televiziyası məlumat yayıb. 

Telekanalın məlumatına görə, mitinqlərdə minlərlə insan iştirak edib. Onlar Nazirlər Kabinetinin Xüsusi Prokurorluğun ləğvi ilə bağlı qərarının əleyhinə, habelə hökumətin 2024-cü ildə dövlət büdcəsinə qənaət edilməsi ilə bağlı tədbirlərinin qüvvəyə minməsinə qarşı çıxıblar. Etirazçıların fikrincə, bu cür qərarlar ölkədə həyat səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər.

Qeyd olunur ki, ən böyük etiraz aksiyası Bratislavada keçirilib. 2 milyona yaxın etirazçı Slovakiya Milli üsyan meydanına toplaşıblar.  

Gülayə Mecid