BMT Baş Assambleyası Rusiyanın nasizmin tərənnümünə qarşı mübarizə haqqında qətnaməsini qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə təşkilatın saytında qeyd olunub. 

Qətnamənin lehinə 118 ölkə səs verib. Azərbaycan da müsbət səs verənlər sırasında olub. ABŞ, Böyük Britaniya, Almaniya, Yaponiya, İtaliya və Ukrayna da daxil olmaqla 49 ölkə isə əleyhinə səs verib.

İsveçrə və Türkiyə də daxil olmaqla 14 ölkə bitərəf qalıb.

Ağarza Elçinoğlu