İnterpolun axtarışa verdiyi Rusiya vətəndaşı Türkiyənin Mersin şəhərində saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Yerli təhlükəsizlik departamenti bildirib ki, artıq sözügedən şəxsin ekstradisiyası proseduruna başlanılıb: "Saxlanılan şəxs dələduzluqda ittiham olunaraq axtarışa verilib. Rusiya İnterpol bölmələri tərəfindən axtarışda olan D.B.-nin Mersində olduğu barədə məlumat alındıqdan sonra o, nəzarətə götürülüb. Rusiya vətəndaşı əməliyyat nəticəsində saxlanılıb. Təhlükəsizlik İdarəsi onun Rusiyaya ekstradisiyası üçün tədbirlər görür".
Ağarza Elçinoğlu