Ukrayna və Yaxın Şərq böhranları kollektiv Qərb ölkələri ilə dünyanın qalan ölkələri arasında parçalanmaya səbəb oldu. 

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Ərəb Əməkdaşlıq Forumunun plenar iclasında deyib.

Lavrov vurğulayıb ki, Rusiya Qəzza zolağında əsas prioriteti qan tökülməsinə son qoymaq və humanitar problemləri həll etməkdə görür: "Görüşümüz Yaxın Şərqdə vəziyyətin misli görünməmiş kəskinləşməsi kontekstində keçirilir.  İsrailin qurduğu blokadanın nəticələri anklav əhalisinin iztirablarını daha da artırır. Biz əsas vəzifəni qan tökülməsini dayandırmaq və bütün ehtiyacı olanlara lazımi humanitar yardımın göstərilməsi üçün şərait yaratmaqda görürük".

Ağarza Elçinoğlu