Fransanın Versal sarayı bomba xəbərdarlığından sonra boşaldılıb.
"Unikal" xəbər verir ki, bu barədə "Radio France İnfo" məlumat yayıb.
Saray kompleksinin rəhbərliyi bomba xəbərindən sonra 2000-ə yaxın ziyarətçinin təxliyə edildiyini təsdiqləyib. Hazırda evakuasiya başa çatıb və kompleksin ərazisinə baxış keçirilir.
Qeyd edək ki, Versal sarayı bu il ən azı 7 dəfə boşaldılıb.
Ağarza Elçinoğlu