Sankt-Peterburqda Rusiya vətəndaşlığını qəbul etmə mərasimi zamanı 11 kişiyə hərbi komissarlığa çağırış vərəqəsi verilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Kalininski rayonundakı polis keçirilən mərasimdə qonşu ölkələrdən olan 11 kişi Rusiya vətəndaşlığı alıblar. Onlar Rusiya qanunvericiliyinə əməl edəcəklərinə və rus mədəniyyətinə hörmətlə yanaşacaqlarına, həmçinin ölkənin azadlığını və müstəqilliyini müdafiə edəcəklərinə söz veriblər.

Bundan sonra hərbi komissarlıqların nümayəndələri İstintaq Komitəsinin hərbi idarəsinin rəhbərliyi ilə birlikdə Rusiyanın yeni vətəndaşlarına hərbi komissarlığa çağırış vərəqələri veriblər. Onlar hərbi xidmət üçün qeydiyyatdan keçməli və Silahlı Qüvvələrdə xidmət etməlidirlər. 

Ağarza Elçinoğlu