Xavi tezliklə "Barselona"dan ayrıla bilər.
"Unikal" "El Nacional"a istinadən xəbər verir ki, onu əvəz edəcək şəxsin adı da bəllidir. Söhbət Yurgen Kloppdan gedir. Alman mütəxəssis tez-tez "Barselona"nın prezidenti Joan Laporta ilə telefon vasitəsi ilə əlaqə qurur. Bu səbəbdən də Klopp Kataloniya təmsilçisinin siyahısında ilk sırada yer alıb.
Xatırladaq ki, daha əvvəl mətbuatda klub prezidenti Joan Laporta və idman direktoru Dekonun rəhbərliyinin Xavinin işini qiymətləndirmək və onun qovulmasının məqsədəuyğunluğunu müzakirə etmək üçün iclas keçirməsi barədə məlumat yayılmışdı.