Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
"Unikal" xəbər verir ki, “Zirə” doğma meydanda “Turan Tovuz”u qəbul edib. Qarşılaşma Bakı klubunun əzmkar qələbəsi ilə başa çatıb – 2:1.
Hesabı 4-cü dəqiqədə qonaqlar açıblar. Otto Con erkən qolla komandasını önə keçirib. İlk hissə Tovuz təmsilçisinin üstünlüyü ilə tamamlanıb.
İkinci hissədə təzyiqi artıran “qartallar” yeddi dəqiqəyə iki qol vuraraq qalib gəliblər. 82-ci dəqiqədə Felipe Paxtman hesabı bərabərləşdirib. 89-cu dəqiqədə isə Rüstəm Əhmədzadə matçda son nöqtəni qoyub.
Bu nəticədən “Zirə” 1/4 finalda “Səbail”ə rəqib olub.
Qeyd edək ki, daha əvvəl “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan” və “Qəbələ” komandaları növbəti raunda adlayıblar. Mərhələnin son iki oyunu dekabrın 21-də keçiriləcək.