Rusiyanın hazırkı prezidenti Vladimir Putin rusiyalıların 55%-i tərəfindən ilin siyasətçisi seçilib.

"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.  

Bildirilir ki, bununla bağlı VTsIOM-Sputnik sorğu keçirib. Sorğu dekabrın 8-də və 16-da 1,6 min respondent arasında təbəqələşdirilmiş təsadüfi seçimdən istifadə etməklə telefon müsahibəsi vasitəsilə aparılıb.  

Putindən başqa, respondentlərin 21%-i baş nazir Mixail Mişustini ilin siyasətçisi hesab edib. Respondentlərin daha 18%-i xarici işlər naziri Sergey Lavrovun , 4%-i isə müdafiə naziri Sergey Şoyqunun adını çəkə biləcəklərini bildirib. 

Gülayə Mecid