Zaqafqaziyada vəziyyət gərgin olmaqda davam edir, lakin vəziyyət sabitləşməyə meyillidir. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu gün Moskvada keçirdiyi brifinqdə bildirib.

"Rusiya Federasiyası Zaqafqaziyada nəqliyyat kommunikasiyalarının açılması, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması, eləcə də ən kəskin Ermənistan-Azərbaycan münaqişələrinin həlli istiqamətində siyasi sahədə məqsədyönlü iş aparır", - Gerasimov deyib. 

Ağarza Elçinoğlu