Rusiya sülhməramlıları Qarabağ sakinlərinin bölgəyə qaytarılması imkanlarının təminatçısıdır. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu gün Moskvada keçirdiyi brifinqdə bildirib.

"Bu ilin sentyabrında Rusiya sülhməramlılarının vasitəçilik səyləri sayəsində 24 saat ərzində atəşkəs əldə olundu. Hərbi əməliyyatlar zamanı Rusiya sülhməramlı kontingenti 10 mindən çox dinc sakinin öz dislokasiya yerlərinə köçürülməsini, daha sonra isə demək olar ki, bütün Qarabağ ermənilərinin Ermənistan ərazisinə təhlükəsiz çıxışını təmin edib. Sülhməramlılar 300-ə yaxın yaralını hava nəqliyyatı ilə xəstəxanalara çatdırıblar", - Gerasimov qeyd edib. 

Ağarza Elçinoğlu