Türkiyənin İzmir rayonunda qətl hadisəsi baş verib. 

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, İzmirdə boşanma prossesində olan qadın, həyat yoldaşı ilə parkda görüşüb. Onlar arasında yaranmış mübahisə nəticəsində kişi ətrafdakıların gözü qarşısında qadını güllələyərək, öldürüb.

Daha sonra eyni silahla özünə atəş açan şəxs ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Fidan Camal